"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verildi
16 noyabr 2020 14:46 (UTC +04:00)

"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verildi

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə noyabrın 16-sı 2021-ci ilin mart ayını əhatə edən “Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı onlayn respublika müsabiqəsinə start verilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə öz qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, qədim və müasir el havalarının öyrənilməsi və qorunması, Qarabağ aşıq sənətinin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bu işin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarətdir.

Müsabiqənin 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə 18-20 yaş arası gənclərin də qoşulması mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə iştirak edə və seçdiyiniz nominasiya üzrə 1 nömrədən ibarət videoçarx təqdim edə bilərsiniz. Videoçarxın ifa müddəti 3 dəqiqədən çox olmamalıdır.

Müsabiqəyə qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, nominasiya və ifa etdiyi mahnının adı) hazırladıqları videoçarx ilə birgə dekabrın 30-dək [email protected] elektron ünvana göndərməlidirlər. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

Qeyd edək ki, müsabiqənin qalibləri növbəti ilin mart ayında elan olunaraq diplom və  hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1816

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29